Samir Abbasov: "Komandamdan razı qaldım"

"Artıq iki gündür Antalyada təlim-məşq toplanışını davam etdiririk. Plan üzrə bu gün ilk yoxlama oyununa çıxdıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abbasov  Qazaxıstanın  "Akjayık” klubu ilə keçirilən yoxlama oyunundan (1:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Qarşılaşmanı şərh edən baş məşqçi futbolçularından razı qaldığını bildirib: "Akjayık”la oyunda iki heyətlə çıxış etdik. Sadəcə olaraq, oyun praktikası sarıdan korluq çəkən bir neçə nəfəri çox oynatdım. Oyuna gəldikdə, uşaqlardan razı qaldım. Həvəslə çıxış edib istəklərini ortaya qoydular və qələbə qazandılar”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right