"Xəzər Lənkəran" rəhbərliyinin ödəməyə pulu qalmayınca əsas heyət üzvləri isə tələblərindən vaz keçməyincə klubda faktiki olaraq xaotik vəziyyət hökm sürür.
Newsport.az-ın məlumatına görə, dövrələrarası qış fasiləsi iki həftə sonra bitəcək, buna baxmayaraq "ağ-yaşıllar”da son həddə çatan qeyri müəyyənlik nəinki sabahkı günə hətta bir neçə saat sonraya da etibar saxlamayıb.
Çaşqınlıqdan yaranan panika klubda hər kəsi qorxuya və şübhəyə salıb. Klub əməkdaşları öz aralarında belə ehtiyatla danışırlar. Hər kəs arxada qalan ödənilməmiş bir neçə ayın maaşını itirəcəyini düşünərək rəhbərlikdən çəkinir. Rəhbərlik isə hazırda komandadakı qiyamı yatırmağa yollar arayır. Fasilədən sonra bərpa olunan məşqdə iştirak etməyən əsas heyətin üzvləri rəhbərliklə əlaqədən qaçırlar və klubun baş bilənləri də bütün vasitələrdən istifadə edərək onları axtarır.
Yeri gəlmişkən son məşqin fotolarında da görünür ki, əsas heyətin adıyla təqdim olunan məşqə əslində əvəzedici heyət və akademiyanın digər üzvləri iştirak ediblər. Deyilənlərə görə məşqlərdə iştirak etmək istəməyən futbolçuların əvəzinə klub rəhbərliyi komandaya 9-yeni futbolçu gətirmək niyyətindədir.
Hazırlıq prosesinin həmən ardından isə Elbrus Məmmədov postunu tərk edərək gedib.
(12cioyuncu.info)