Julius Vobay: “Azərbaycana qayıda bilərəm”

"Neftçi" və "Xəzər Lənkəran"nın sabiq futbolçusu  Julius Vobay hazırda klubsuzdur. Vobay Azərbaycana qayıtmaq istəsə də hələ ki buna nail ola bilmir.

Newsport.az-ın məlumatına görə, Syerra Leoni millisinin sabiq üzvü açıqlamasında bildirib ki, bir həftə ərzində yeni klubu bəlli olacaq:
 
"Mən hazırda gözləmə mövqeyindəyəm. Azərbaycana dönmək? Ola bilər. Amma bütün dəvətlərə baxıb, bir həftə sonra qərar verəcəyəm"
 
Qeyd edək ki, Vobay Azərbaycana ilk dəfə Mirça Rednikin dəvəti ilə "Xəzər Lənkəran"da oynamaq üçün gəlib.

futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right