Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” qonşu ölkədə üç yoxlama oyunu keçirəcək.
Newsport.az-ın məlumatına görə, artıq bu komandanın qarşılaşacağı rəqiblərin kimliyinə də aydınlıq gəlib.
“Sumqayıt” ilk yoxlama matçına bu gün çıxacaq. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq görüşdə Samir Abasovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi “Akjayık”la üz-üzə gələcək. Qeyd edək ki, Ural təmsilçisi başa çatmış mövsümdə 53 xal toplayaraq Qazaxıstan 1-ci liqasının qalibi olub və Premyer Liqaya vəsiqə qazanıb.
“Sumqayıt” növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Komanda yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.