“Neftçi” legioneri ilə yollarını ayırdı!

Azərbaycan Premyer Liqasının II hissəsinin hazırlıqlarını ölkəmizdə davam etdirən "Neftçi” Əziz Quliyevin  ardından daha bir futbolçusu ilə yollarını ayırıb.  

Newsport.az-ın məlumatına görə,söhbət slovakiyalı qapıçı Mixal Peskoviçdən gedir.  Əldə etdiyimiz məlumata görə, 33 yaşlı qapıçının çıxışı "Neftçi”nin məşqçilər korpusunu qane etməyib. 
 
Qeyd edək ki, Peskoviç mövsümün əvvəlində paytaxt klubuna transfer olunmuşdu. O, "ağ qaralar”ın heyətində 2 rəsmi oyunda forma geyinməyio bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right