Azərbaycan milli komandasının üzvü Pavel Paşayev "Qəbələ”də baxışdadı.
Newsport.az saytının məlumatına görə, müdafiəçi ötən gün baş tutan "Osanbryuk” (Almaniya) ilə oyunda sonradan meydana daxil olub.
Qeyd edək ki, Paşayev karyerası ərzində "Dnepr”, "Krivbass”, "Karpatı”, "Metallurq” (Zaparojye) klublarının formasını geyinib. O, Azərbaycan millisinin heyətində Noldova millisi ilə yoxlama oyununda debüt edib.