Azərbaycan milli komandasının və "Qəbələ”nin futbolçusu Ruslan Abışovun Almaniyada bərpa prosesi keçməsi ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az-ın məlumatına görə,ayın 31-dək Almaniyada olacaq Abışov həmin ölkədə sürpriz qonaqla görüşüb. Söhbət azərbaycanlı həkim Rəhim Məhhərəmovdan gedir. Şəxsi işləri ilə əlaqədar olaraq Almaniyada olan Məhərrəmov "Neftçi” və "Qəbələ”də birgə çalışdığı təcrübəli müdadfiəçiyə baş çəkməyi lazım bilib.
Qeyd edək ki, Məhərrəmov hazırda Azərbaycan Cüdo Federasiyasında baş həkim funksiyasını yerinə yetirir.