"CBC Sport" telekanalının baş direktoru postunda dəyişiklik baş verib.
Newsport.az saytının məlumatına görə, İlham Rüstəmovla bağlanılmış 6 aylıq müqavilə başa çatdığı üçün vəzifəsini tərk edib.
Telekanal ona gördüyü işlərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayır. "CBC Sport"un baş direktor vəzifəsini, funksiyaları və xidmətlərini müvəqqəti olaraq Volkan Üst icra edəcək. 20 ildən çox iş təcrübəsinə malik olan bu mütəxəssis Türkiyə, Kanada və bir sıra digər ölkələrdə çalışıb. Türkiyə və İngiltərədə televiziya sahəsində təhsil alan Volkan Üst xeyli məşhur telelayihələrin hazırlanmasında iştirak edib.