17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda Rusiya və Ukraynanın müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunları keçirəcək.
Newsport.az-ın məlumatına görə, yığmamız fevralın 23-də və 25-də Rusiya, martın 1-də və 3-də isə Ukrayna komandası ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək bütün oyunlar saat 16:00-da başlayacaq.