“Şahin Diniyev azarkeşlərin qələbə qazanması üçün 5 ardıcıl penalti təyin edib”

Xəbər verdiyimiz kimi "Kəpəz” Azərbaycan Premyer Liqasının II hissəsinin hazırlıqlarını davam etdirir. Gəncə təmsilçisi Şahin Diniyevin başçılığı altında Yevlaxdakı təlim-məşq bazasında hazırlıq keçir. 
Newsport.az-ın məlumatına görəötən gün sadiq "Kəpəz” azarkeşləri doğma komandalarına kiçik sürpriz ediblər. Belə "Xəmsə” və "Kəpəz Ultras” azarkeş ordusunun üzvləri Yevlaxa gedərək komandaya dəstək olublar. Bu barədə məlumatı "Xəmsə” fan klubun rəhbəri Adil Yahyaoğlu saytımıza açıqlamasında mlumat verib: "Ötən gün iki fan klub üzvləri birləşərək "Kəpəz”in məşqində iştitrak ediblər. Məqsədimiz komandamıza birbaşa dəstək olmaq idi. Düşünürəm ki, bu komanda üzvləri üçün də xoş olub.”
Yahyaoğlu həmçinin "Kəpəz” və azarkeşlər arasında oyunun da baş tutduğunu bildirib. "Məşqin sonunda azarkeşlər və futbolçular arasında görüş baş tutub. Oyun 2-1 hesabı ilə azarkeşlərin başa çatıb. 1-0 hesabı ilə məğlub olduğumuz zaman Şahin müəllim "Kəpəz”in qapısına 5 ardıcıl penalti təyin edib.  Yalnız 2 penaltini dəqiqyerinə yetirməklə qələbə qazanmağı bacarmışıq (gülür).”

 

Yahyaoğlu həmçinin "Kəpəz”in yerli futbolçularının azarkeşlərin oyunlar zamanı səsləndirdiyi süarları əzbər bildiklərini də vurğulayıb. Belə ki, otən gün baş tutan oyundan sonra futbolçular azarkeşlərin səsləndirdiyi şüarlarla fanatlarını Yevlaxdakı bazadan yola salıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right