Ölkəmizdə təlim-məşq toplanışını başa vuran "Sumqayıt” bu gün Antalyaya yollanıb.
Newsport.az saytının məlumatına görə, "gənclik şəhəri” təmsilçisi Antalyanın Side bölgəsində yerləşən "Sense Deluxe” otelində məskunlaşacaq.
"Kimyaçılar” 1 həftəlik təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq "Sumqayıt”ın rəqiblərinin adı da bəllidir. Samir Abbasovun yetirmələri Qazaıstanın "Ural”, Rumıniyanın "Voluntari” və "Petrolul” komandaları ilə qarşılaşacaq.