Azərbaycan Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olanda Azərbaycan milli komandasının məşqçilər korpusu çalışmalarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, onlar ötən gün baş tutan "İnter” – "Verder” (Almaniya) qarşılaşmasına baxıblar.
Sözü gedən oyunda Bakı klubu 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yanvarın 11-dən etibarən millimizin məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Antaliyadadı, 15-dən isə millinin baş məşqçisi Robert Prosineçki qardaş ölkəyə üz tutub.