Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama görüşünə çıxacaq.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubu ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" yanvarın 20-də "Diosqior" (Macarıstan), bundan 3 gün sonra isə "Admira Vaker" (Avstriya) və "Yaqelloniya" (Polşa) klubları ilə qarşılaşacaq.
16 yanvar
Yoxlama oyunu
19:30. "Qarabağ" (Azərbaycan) - "Rot-Vays" (Almaniya) - 1:0
Qol:Çumbinyo, 45 (1:0)