Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxacaq.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əvvəlcə bu tarixdə “Traktor Sazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib.
Adil Şükürovun komandası bu gün Qazaxıstanın “Ordabaşı” klubu ilə üz-üzə gələcək. Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq.
Həmçinin, “qartallar” yanvarın 19-da qarşılaşacağı rəqibin də adı məlum olub. “Zirə” Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.
16 yanvar
Yoxlama oyunu
"Zirə" - "Ordabaşı" (Qazaxıstan) - 1:4
Qollar: Radivoeviç, 40 (0:1), Nurqaliyev, 45 (0:2), Nurlan Novruzov, 55 (1:2), Xaykibasov, 65 (1:3), Yunuzoviç, 66 (1:4)