Daha bir klubumuz Türkiyəyə gedir

Azərbaycan Premyer Liqası klublarından "Sumqayıt” qış hazırlığının ilk mərhələsini başa vurub. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi bu gün ölkə daxilində son məşqini edib.

Baş məşqçi Samir Abasov təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçəcək. Komanda sabah bu məqsədlə Türkiyəyə yollanacaq. Antalyada "The Sense Deluxe" otelində məşkunlaşacaq "Sumqayıt" orda 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ bəlli deyil.
Qeyd edək ki, "Sumqayıt”ın Antalya toplanışı yanvarın 23-dək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right