Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "İnter” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az saytının məlumatına görə, "bankirlər” Almaniya Bundes Liqasında mübarizə aparan "Verder” klubu iləı qarşılaşıb.
Sözügedən qarşılaşma "Verder”in 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Diqqətinizə çatdıraq ki, "İnter” Antalyada daha iki yoxlama oyunu keçirəcək. Paytaxt klubu yanvarın 19-u "Slovan” (Sloveniya), yanvarın 23-ü isə Qazaxıstan "Atrau”su ilə qarşılaşacaq.
14:00 "İnter” 0-1 "Verder”
Qol: Pizarro 42.
Antalya, Türkiyə.