AFFA "Trabzonspor”un futbolçusunu milliləşdirmək istəyir

AFFA Türkiyənin "Trabzonspor” klubunda çıxış edən daha iki futbolçunu milliləşdirmək istəyir.
Newsport.az saytının məlumatına görə, bu barədə Trabzon təsmilçisinin aşağı yaş qrupları üzrə komandasının baş məşqçisi Sadi Təkəlioğlu məlumat verib.  Türkiyə mətbuatına danışan mütəxəssis AFFA-nın iki futbolçu  ilə yaxından maraqlandığını bildirib.  Təkəlioğlu futbolçuların adlarını açıqlamasa da, onların gələn təklif üzərində fikirləşdiklərini bildirib. 

Qeyd edək ki, AFFA bundan öncə "Trabzonspor”un iki futbolçusu -  Doğukan Öksüz və Murat Cem Akpınarı milliləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right