Səlahət Ağayev rəsmən “Sumqayıt”da

"Sumqayıt” növbəti transferini həyata keçirib.
Newsport.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi yığmamızın üzvü Səlahət Ağayevlə güclənib.
25 yaşlı qapıçı mövsümün sonuna qədər "Sumqayıt”ın şərəfini qoruyacaq. Adıçəkilən qolkiper "Sumqayıt"da 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Səlahət Ağayev 2012/13 mövsümündə "Sumqayıt”da çıxış edib və 23 qarşılaşmada meydana çıxıb. O, 8 dəfə Azərbaycan millisinin formasını geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right