“Zirə” Qazaxıstan klubuna qarşı

Türkiyənin Antalya şəhərinin Bələk bölgəsində təlim-məşq toplanışında olan "Zirə”nin yoxlama görüşlərindəki rəqiblərindən biri dəyişib.
Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın "Traktor Sazi” klubu Türkiyədə təlim-məşq toplanışı keçirməkdən imtina edib. Məhz bunun sayəsində "Zirə” yeni rəqib tapmaq məcburiyyətində qalıb.
"Qartallar” "Traktor Sazi”nin əvəzinə Qazaxıstanın "Ordobaşi” klubu ilə qarşılaşacaq.  
Qeyd edək ki, qəsəbə təmsilçimizin Türkiyədəki digər rəqibi Ruminiyanın "Tırqu-Mureş” komandasıdır. Rumınlarla görüş yanvar ayının 22-də baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right