FİFA-nın İntizam Komitəsi İspaniya La Liqasında mübarizə aparan "Real Madrid” və "Atletiko” (Madrid) klubularını transfer qadağası qoyub.
Newsport.az-ın məlumatına görə, buna 18 yaşdan aşağı fuutbolçuların transferi zamanı buraxılan səhvlər səbəb olub.
Qadağaya əsasən hər iki Madrid klubu 2016-cı ilin yay və 2017-ci ilin qış transfer dönəmində heç futbolçunu transfer edə bilməyəcək.
Qeyd edək ki, bu xəbərlər bir neçə ay bundan əvvəl də gündəmə gəlmişdi.