Bir müddət əvvəl AFFA Hkimlər Komitəsinin sədri Xaqani Məmmədovun adı rüşvət qalmaqalında hallanmışdı.
Söhbət 23 avqust 2001-ci ildə "Osiek” (Xorvatiya) – "Dinaburq” (Latviya) klubları arasında keçirilmiş oyundan gedir. Sözügedən qarşılaşmanı idarə edən azərbaycanlı hakimlər briqadasının "Dinaburq”dan pul aldığı iddia olunurdu.
Sözügedən olayla bağlı AFFA-da 5 nəfərdən ibarət komissiya yaradılmışdı.
Əldə etdiymiz məlumata görə, komissiya artıq işini başa vurmaqdadır. Araşdırmalar sabah başa çatacaq.