Xəbər verdiyimiz kimi, ukraynalı məşqçi Andrey Qluşenko "Qəbələ" ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, artıq o, özünə yeni klub da tapıb.
Qluşenko bundan sonra Odessa "Çernomorets"ində çalışacaq. O, klubun U-21 və U-19 komandalarında qapıçıları hazırlaşdıracaq.
Xatırladaq ki, vaxtilə bu komandada Roman Qriqorçukla işləmiş mütəxəssis 2011-ci ildən 2014-cü ilədək işlədiyi "Çernomorets"dən məhz "Qəbələ"yə gəlmişdi. Amma ailə vəziyyətini əsas gətirən ukraynalı məşqçi yenidən ölkəsinə qayıtmağa qərar verib.