"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Antalya düşərgəsindən Almaniyaya yollanıb.
Newsport.az -ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, belində ağrılar hiss edən Abışov Almaniyanın Münhen şəhərində həkim müayinəsindən keçəcək.
Zədənin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.