Yunis Hüseynov istefa səbəbin və yeni baş məşqçinin kimliyin açıqladı

Az öncə Yunis Hüseynov "Xəzər Lənkəran"ın baş məşqçi postundan istefa verdiyin yazmışdıq.

Newsport.az saytına açıqlamasında o, bu istefasından və komandanın gələcək planlarından danışıb:

"Xəzər Lənkəran"ın baş məşqçi postundan getməyə qərar verdim. Bundan sonra yenidən klubun idman direktoru vəzifəsində çalışacağam. Bu istefamı onunla əlaqələndirdim ki, gənc futbolçularla çalışmaq məndən çoxlu güc, əsəb alır. Çox əsəbləşirdim. Qərara gəldik ki, Elbrus Məmmədovu baş məşqçi postuna qaytaraq. Onun bu sahədə təcrübəsi var. Yaya qədər öz akademiyamızın yetirmələrinə şans verəcəyik. Yeni transferlər etməyəcəyik. Aydın məsələdir ki, artıq bu mövsüm çempionluq uğrunda mübarizə aparmayacağıq. Çempionatın indiki səviyyəsi elədir ki, gənc futbolçularla da mübarizə aparmaq olar.

"Xəzər Lənkəran"ın gələcəyi varmı? Əlbəttə. Klub rəhbərliyi ilə görüşdüm. Öyrəndim ki, sponsor komandaya yenə maliyyə köməkliyi edəcək. Yayda isə komandanın daha da güclənməsi mümkündür".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right