“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib.
Bu barədə Newsport.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib.
Y.Hüseynov bundan sonra klubun idman direktoru vəzifəsini icra edəcək. Komandanı yenidən əvəzedicilərin baş məşqçisi Elbrus Məmmədov çalışdıracaq.