Kolunqa transferini bitirdilər, sıra İsrafilovda

Daha öncə xəbər verdiyimiz kimi İspaniya II Liqasında mübarizə aparan "Malyorka” klubu heyətini iki futbolçu ilə gücləndirmək niyyətindədi.  Malyorka təmsilçi Adrian Kolunqa və milli komandamızın futbolçusu Eddi İsrafilovun xidmətində maraqlıdır. 

Artıq ikinci liqa təmsilçisi Kolunqa transferini rəsmiləşdirib. 31 yaşlı futbolçu mövsümün ikinci yarısına "Malyorka”da keçirəcək. 
İspaniya mətbuatında yer alan xəbərlərə görə, "Malyorka”nın hazırkı diqqəti İsrafilovun transferinə yönəlib.  Eddinin hazırkı klubu "Eybar”da möhkəmlənə bilməməsi  transferin baş tutacağını daha da sürətləndirir.
Qeyd edək ki, Eddi "Mursiya”ya məxsus futbolçudur.  O, cari mövsümün əvvəlindən icarə əsasında "Eybar”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right