"Rəvan"ın futbolçuları klub rəhbərliyinə ultimatum ünvanlayıblar.
Newsport.az-ın məlumatına görə , onlar borcları ödənilməyənə qədər məşqə çıxmayacaqlarını bəyan ediblər.
Futbolçular hazırda ən azından oktyabr ayının pulunun verilməsini tələb edirlər. Bu tələbləri yerinə yetirilmədiyi üçün onlar komandanın səhər məşqinə çıxmaqdan imtina ediblər. Komanda üzvləri axşam məşqinə də çıxmayacaqlar.