Təbriz Həsənov: "Yorğunluq sözünü dedi"

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Pis oynamadıq. Sonda yorğunluq sözünü dedi. Hesabda öndə olanda da müdafiə olunmaq barədə düşünmürdük. Rəqib sonda təzyiqi artıraraq, qollar vurdu”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 7-ci yer uğrunda Belarusa qarşı keçirdikləri oyundan sonra deyib.

Həsənov komandasının turnirdəki çıxışını normal qiymətləndirib: “Daha əvvəl də demişdim ki, biz turnirə Avropa çempionatına hazırlıq gözü ilə baxırdıq. AFFA rəhbərliyi də komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Ümumi götürəndə 7-ci və ya 8-ci olmaq arasında ciddi fərq yoxdur. Buraxdığımız ikinci qola görə qapıçını günahlandırmaq istəməzdim. Futbol səhvlər oyunudur”.

Qeyd edək ki, rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi turnirdə iştirak edən 14 komanda arasında 8-ci olub.

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right