“Xəzər Lənkəran” klubu futbolçu transferlərini dondurub.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun Newsport.az-a verdiyi məlumata görə, qış fasiləsi zamanı heç bir transferin olmayacağı da mümkündür.
“Baxışda bir neçə futbolçu var idi. Ancaq ola bilər ki, komanda mövsümün sonuna qədər akademiyamızın futbolçuları ilə mübarizə aparsın. İki gündən sonra klubun transfer siyasətinə aydınlıq gələcək” – deyə o qeyd edib.