"Rəvan"da maaşlar azaldıldı

Manatın devalvasiyasından sonra ən ciddi problemlərlə üzləşən klublarımızdan biri də "Rəvan"dır.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun məşqçi və futbolçu heyəti artıq üç aydır ki, maaş almır.

Bu azmış kimi, yanvar ayından etibarən maaşlar azaldılıb. Klubun sponsoru ciddi maliyyə problemləri ilə üzləşib. Bu üzdən də çıxış yolu kimi xərclərin minimuma endirilməsi, maaşların azaldılması qərara alınıb. Baxmayaraq ki, bu komandada maaşlar milli valyuta ilə ödənilirdi.

Komandada maksimum maaş 1000 manat təşkil edirdi. Yeni ildən isə futbolçular statuslarından asılı olaraq, 500-700 manat aralığında maaş alacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right