Millimiz məğlub oldu YENİLƏNİB

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

Newsport.az-ın məlumatına görə, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə qarşılaşacaq.

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00) başlayacaq.

Xatırladaq ki, yığmamız qrup mərhələsində Latviya ilə heç-heçə edib (1:1), Bolqarıstana qalib gəlib (2:0), Sloveniyaya isə uduzub (0:4).

Valentin Qranatkinin xatirə turniri
7-ci yer uğrunda oyun
12 yanvar

13:00. Azərbaycan - Belarus 1-0

Qollar: Doğukan Özküs, 44 (1:0), Sergey Diçenkov, 77 (1:1), Vitali Lisakoviç, 85 (1:2)

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right