Azərbaycanın qış fasiləsini ölkə ərazisində keçirəcək klubları arasında təşkil olunan mini turnirin final matçının hansı arenada keçiriləcəyi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, qrup mərhələsinin oyunları "AZAL Arena" və "Bayıl Arena"da keçiriləcək.
Final matçı isə Bakı Olimpiya stadionunda təşkil olunacaq.
Qeyd edək ki, turnirdə 7 komanda iştirak edəcək - AZAL, MOİK, "Şərurspor", "Neftçi", "Xəzər Lənkəran", "Neftçala" və "Rəvan".