"Qarabağ" daha iki gənc futbolçusunu icarəyə verib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turkiyənin Antalya şəhərində qış-təlim məşq toplanışında olan Ağdam klubu hazırlıqlar ərəfəsində Vüqar Mustafayev və Namiq Ələsgərov müvafiq olaraq "Zirə" və "Kəpəz"in düşərgələrinə göndərilib. Adı çəkilən futbolçular daha çox oyun praktikası qazamaq üçün bu mövsümün sonuna qədər "Zirə" və "Kəpəz"in uğurları üçün çalışacaqlar.