Prosineçki klublarımızın oyunlarını izləyəcək

Bu gün - yanvarın 11-dən etibarən Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqası klublarının məşq prosesini və yoxlama oyunlarını izləməyə başlayıblar.
Newsport.az-ın məlumatına görə, yanvarın 15-dən isə millinin baş məşqçisi Robert Prosineçki də onlara qoşulacaq.
Nəzərinizə çatdıraq ki, hazırda Türkiyədə "Qarabağ", "Qəbələ", "Zirə" və "İnter" hazırlıq keçir. Bir neçə gündən sonra isə "Sumqayıt"ın da Antalyaya yollanması gözlənilir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right