Kapitanın son durumu

AZAL-ın kapitanı və 21 yaşadək futbolçulardan ibarət milli komandmızın üzvü Seymur Əsədovun zədə səbəbindən mövsümü başa vurmasından xəbərdarsınız. Təxminən 2 ay öncə Ankarada "Acıbadem” klinikasında əməliyyat olunan futbolçu artıq məşqlərə başlayıb.
Bu barədə Newsport.az saytına açıqlamasında gənc kapitanın özü məlumat verib. O, fərdi məqşlərə başladığını bildirib:
 
"Artıq 4 gündü trenajor məşqlərinə başlamışam. Ayaq əzələlərimi bərkitməklə məşğulam. Bir neçə gün sonra yüngül qaçışlara başlayacam.” Əsədov əməkdaşımızla söhbətində komanda ilə məşqlərə başlayacağı tarixi də açıqlayıb: "May ayının əvvəli komanda ilə məşqlərə başlayacağam. Mövsümün sonuna yaxın 1-2 oyunda forma geyinib-geyinməyəcəyimi deyə bilmərəm. Əgər özümü yaxşı hiss etsəm may ayında komandamın hansısa oyununda iştirak edə bilərəm. ”
 
Qeyd edək ki, Seymur Əsədov Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt”la səfər oyununda zədə almışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right