“Kəpəz” məşqlərə başladı

Azərbaycan Premyer Liqasının qış fasiləsində istirahəti başa vuran "Kəpəz” məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, dünən Yevlaxda bir araya gələn komanda üzvləri bu gündən hazırlığa başlayıb. Futbolçular səhər və axşam olmaqla gündə iki məşqə çıxır.

"Sarı-göylər” yanvarın 18-nə kimi bu rayonda qalacaq. Yevlax toplanışında məşqçilər korpusu futbolçuların fiziki hazırlığına diqqət ayıracaq.

Qeyd edək ki, əsas komanda ilə yanaşı, "Kəpəz”in əvəzedici heyəti də Yevlaxda təlim-məşq toplanışındadır. Hər iki komanda birlikdə hazırlıq keçir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right