“Kəpəz” legioneri ilə yollarını ayırdı

Yevlaxda təlim-məşq toplanışına start verən "Kəpəz” daha bir futbolçu ilə yolları ayırıb.  

Newsport.az klubun  rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı legioner Aleksandr Sitnik qarşılıqlı razılıq əsasında komandadan ayrılıb. 

Xatırladaq ki, cari mövsümdə 17 oyunda iştirak edən hücumçu rəqib qapısından iki qol keçirib. Sitnik "Qəbələ” və "Sumqayıt” ilə səfər oyunlarında fərqlənib. 

Qeyd edək ki, "Kəpəz" daha öncə Murad Ağakişiyev, Məhərrəm Hüseynov, Ziyabil Məmmədov və Rəşad Eyyubovla yolları ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right