Millimiz "Antalya Cup" turnirində iştirak edəcək

Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.
 

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi çərçivəsində yığmamız “Antalya Cup” turnirində iştirak edəcək.
 
Azərbaycan yığması ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. 

Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right