İspaniya La Liqasında daha bir baş məşqçi istefası reallaşıb.
Newsport.az saytının məlumatına görə, "Betis”in baş məşqçisi Pepe Mel istefaya göndərilib.
Onun qovulmasına komandanın son zamanlardakı uğursuz çıxışı səbəb göstərilir. Klub rəhbərliyi Mellə müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Qeyd edək ki, "Betis” La Liqada geridə qalan 19 turdan sonra 20 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.