Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "İnter”in düşərgəsinə yeni futbolçu qoşulacaq.
Newsport.az-ın məlumatına görə,bu, Azərbaycan futbolictimaiyyətinə heç də yad olan sima deyil. Söhbət vaxtı ilə məhz bu komandanın formasını geyinmiş Sezar Meza Kollidən gedir. Qardaşı ilə birgə "bankirlər”in şərəfini qoruyan "19” nömrə zədədən sonra bərpa olunub sıraya dönsə də, maliyyə problemləri səbəbindən paytaxt klubunu tərk etmişdi. Görünür yeni rəhbərliyiun gəlişindən sonra, tərəflər arasında yenidən anlaşma olunub.
Qeyd edək ki, 24 yaşlı futbolçu yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq.