Perspektivlərinə böyük ümidlər bəslənilən Azərbaycan milli komandasının və "Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Namiq Ələsgərov karyerası ilə bağlı yeni qərar qəbul edib.
Newsport.az-ın məlumatına görə,ciddi zədədən sonra yenidən yaşıl meydanlara dönən Ələsgərov daha çox oynamaq üçün klubunu dəyişib. "Bakı”nın yetirməsi olan istedad mövsümün sonunadək Şahin Diniyevin sərəncamında olacaq.
Onun yaxın günlərdə "Kəpəz”in düşərgəsinə qoşulacağı dəqiqdir.