"Qəbələ"yə getməzdən öncə də "İnter" məni istəyirdi"

Azərbaycan milli komandasının üzvü Vüqar Nadirov yeni klubu "İnter” barədə danışdı. "Qəbələ”dəki uğursuz 6 aydan sonra paytaxt klubuna üz tutan "17” nömrə gələcəyə ümidlə baxır.
Newsport.az-ın məlumatına görəhazırda Antalyada təlim-məşq toplanışında olan Nadirov bildirdi ki, düşərgədə onu yaxşı qarşılayıblar:
 
Açığı, "Qəbələ”yə getməzdən öncə də "İnter” məni heyəti də görməkdə maraqlı idi, amma qismət bu günə imiş. "Qəbələ” ilə nəzərdə tutulan müqaviləmin müddəti başa çatdı və mən də komandamı dəyişdim. Burada məni çox yaxşı qarşıladılar, hər kəsə təşəkkür edirəm. Düşünürəm ki, biz medallar uğrunda mübarizə aparacağıq. Səlahət Ağayev klubdan getsə də, Kamran Ağayev gəlib. Hər ikisi Azərbaycanın bir nömrəsidir. Hazırda klublarımızda maliyyə problemləri olsa da, buna çox da fikir vermək olmaz. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
 

Qeyd edək ki, Nadirov Qəbələnin əsas heyətində 1 oyuna belə çıxmadı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right