Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verən “Zirə” ötən gün iki dəfə məşq edib.
Newsport.az-ın məlumatına görə, səhər məşqində əsasən ümumi dözümlülük və fiziki hazırlıq üzərində işləyən komanda axşam daha çox topla çalışıb.
Bu arada, “qartallar”ın Antalya toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin adı məlum olub. “Zirə” İranın “Traktorsazi” klubu ilə qarşılacaq. Yanvarın 16-da keçiriləcək oyun saat 17-00-da başlayacaq.
Yanvarın 22-də isə “Qartallar” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.