"Xəzər Lənkaran" Ramaldanovla Əhmədovun transfer məsələsini həll etməyə çalışır

Doğma şəhərdə təlim-məşq toplanışı keçən “Xəzər Lənkəran” hazırlığının ikinci günündə iki dəfə məşq edib.

Newsport.az-ın məlumatına görə, heyətdə hələlik Akif Tağıyev və Orxan Səfiyaroğlu olmaqla iki yeni futbolçu var.

Yanvarın 13-də toplanış Bakıda davam etdirilərkən Tural Cəlilov da komandaya qoşulacaq. Rasim Ramaldanovun isə geri dönüb dönməyəcəyinə tezliklə aydınlıq gələcək. Ramaldanovla eyni vaxtda Hacı Əhmədovun da transferi dəqiqləşəcək.

Qarşıdakı günlərdə daha 8 yeni futbolçunun “Xəzər Lənkəran”a qatılacağı və transferlərin də tən yarısının legioner olacağı gözlənilir. Lakin transfer məsələlərində hadisələrin sonrakı axarı yalnız klub prezidenti Mübariz Mənsimovun ayıracağı maliyyənin miqdarından asılı olacaq. (12-ci oyunçu)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right