"Qəbələ" hazırlıqlara start verir

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ”la matçından (1:1) sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlara start verir. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təlim-məşq prosesi Türkiyədə baş tutacaq komanda bu gün qonşu ölkəyə yollanacaq. 

“Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Toplanış yanvarın 27-nə kimi davam edəcək. Hazırlıq müddətində “qırmızı-qaralar” Antalyanın Belek bölgəsindəki “Gloria Sereniti” otelində məskunlaşacaq. Bu müddətdə “Qəbələ” qardaş ölkədə 3 yoldaşlıq oyunu keçirəcək. 

Roman Qriqorçukun komandasının ilk rəqibi “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. Yanvarın 24-də baş tutacaq son yoxlama matçında komanda Ukrayna təmsilçisi “Dnepr”lə görüşəcək.

Xatırladaq ki, Premyer Liqanın ilk iki dövrəsində keçirdiyi 18 oyunda 28 xal toplayan “Qəbələ” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 2016-cı ilin ilk rəsmi matçını yanvarın 30-da keçirəcək komanda XIX turda “Kəpəz”lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right