"Qəbələ" "Kəpəz"in ftbolçusu Rəşad Eyyubovu heyətinə qatıb.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Gəncə təmsilçisinin yarımmüdafiəçisi ilə münasibətləri rəsmiləşdirib.
"Qəbələ" Rəşadla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rəşad Eyyubov bundna öncə "Simurq", "Xəzər Lənkəran", "Kəpəz" kimi klubların şərəfini qoruyub.