17 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ceyhun Muxtarlı zədələnib.
Newsport.az saytının məlumatına görə, gənc futbolçu dünən Sloveniya ilə oyunun ikinci hissəsində əlindən xəsarət alıb.
Muxtarlı hava mübarizəsindən sonra yerə düşərkən əlində çat yaranıb. Matçdan sonra Muxtarlı xəstəxanaya aparılıb.
Rentgendən sonra isə futbolçunun əli gipsə salınıb. Qarşıdakı günlərdə Ceyhun Muxtarlı nə məşqdə, nə də oyunda iştirak edəcək.
futbolxeber.az