“İnter” millimizlə qarşılaşacaq

"İnter”in əvəzedici  komandası qış təlim-toplanışını "İnter Arena” stadionunda keçirir. 

Newsport.az-ın məlumatına görə, Rüstəm Əliyevin komandası toplanış çərçivəsində 4 yoxlama matçına çıxacaq. 

"Bankirlər" yanvarın 12-də Azərbaycanın U-19 milli komandası ilə qarşılaşacaq. Matç "Dalğa Arena” stadionunda baş tutacaq. Yanvarın 15-də komanda doğma divarlar arasında "Rəvan”ın ikinci komandasını qəbul edəcək.
 
"İnter” yanvarın 19-da da yoxlama matçı keçirməyi planlaşdırır. Lakin rəqib hələ dəqiq bilinmir. Komandanın hazırlıq çərçivəsində son matçı "Neftçi”nin əvəzedici heyətinə qarşı keçirəcək. Bu qarşılaşma yanvarın 23-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right