"Xəzər Lənkəran” heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az saytının məlumatına görə, cənub klubu Orxan Səfiyaroğlunu rənglərinə bağlayıb. Son olaraq I Divizion təmsilçisi "Bakılı”da çıxış edən futbolçu mövsümün sonunadək "Xəzər Lənkəran”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Səfiyaroğlu daha əvvəl AZAL və "Simurq” kimi Premyer Liqa klubularının şərəfini qoruyub.