Sabah "Sumqayıt" və AZAL arasında keçiriləcək yoxlama matçının yeri dəyişdirilib.
Newsport.az-ın Sumqayıt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi "AZAL Arena"da keçirilməyəcək.
Sumqayıt şəhər stadionunda baş tutacaq oyun saat 16:00-da başlayacaq.
Qeyd edək ki, sabah "Sumqayıt" daha bir oyun keçirəcək. Samir Əliyevin komandası saat 11:00-da doğma meydanda birinci divizion təmsilçisi "Şərurspor"la üz-üzə gələcək.